Ronaldinyo sərbəst buraxıldı
Braziliya milli komandasının sabiq futbolçusu Ronaldinho və qardaşı Roberto de Assis sərbəst buraxılıb.
Komanda.az xəbər verir ki, bununla bağlı Paraqvay məhkəməsi qərar qəbul edib. Bu barədə “Frans-Press” agentliyi məlumat yayıb. Ronaldinyo 90, qardaşı isə 110 min dollar cərimə ödəyəcək.
Ronaldinyo və qardaşı Assis Asunsyon aeroportunda saxta pasportlar təqdim etdiklərinə görə martın 5-dən həbsdə idilər. Keçmiş futbolçu apreldən ev dustaqlığına buraxılmışdı.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin