Pele: “Dostlar, şüurumu itirməmişəm”

Braziliya milli komandasının sabiq futbolçusu Pele səhhəti ilə bağlı açıqlama verib.

Komanda.az xəbər verir ki, keçmiş hücumçu, “tvitter” hesabında etdiyi paylaşımda durumunun yaxşı olduğunu bildirib:

“Dostlar, şüurumu itirməmişəm və yaxşıyam. Pandemiyaya görə yarımçıq qalan müayinələrimi davam etdirmək üçün xəstəxanaya getmişəm. Olduqca yaxşıyam”.

Pelenin vəziyyətinin yaxşı olmadığı və bu səbəbdən xəstəxanaya yerləşdirildiyi iddia olunurdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button