Pele xəstəxanadan evə buraxıldı
Braziliya milli komandasının sabiq futbolçusu Pele müalicə olunduğu San Paulo xəstəxanasından evə buraxılıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş hücumçu kimya-terapiya kursu keçməlidir. Həkimlər Pelenin vəziyyətini sabit qiymətləndirir.
Pele avqustun 30-da San Paulodakı özəl klinikaya yerləşdirilib. Daha sonra 80 yaşlı əfsanəvi futbolçu sentyabrın 6-da yoğun bağırsağındakı şişlə əlaqədar əməliyyat edilib. O, sentyabrın 14-də xəstəxananın intensiv terapiya şöbəsindən palataya köçürülüb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin