Braziliya millisinin baş məşqçisi istefaya göndərilə bilər

Braziliya milli komandasının baş məşqçisi Tite istefaya göndərilə bilər.

Komanda.az xəbər verir ki, bu barədə “Globo Esporto” nəşri məlumat yayıb. Braziliya Futbol Federasiyasının rəhbərliyi Amerika kubokunda iştirak etməkdən imtina edən futbolçuları dəstəkləyən Titeni vəzifəsindən azad edə bilər.

Tite istefaya göndərilsə, onun yerinə “Qremio”dan Renato Qauşo gətiriləcək.

Braziliya yığmasının futbolçuları koronavirus pandemiyasına yoluxma hallarının çox olması səbəbindən Amerika kuboku oyunlarına çıxmaq istəmirlər. Yığmanın baş məşqçisi Tite də futbolçuların bu qərarını dəstəklədiyini bildirib.

İyunun 13-də start götürəcək Amerika kubokuna ev sahibliyini Braziliya edir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button