Neymar Argentina ilə oyunu buraxacaq
Braziliya milli komandası DÇ-2022-nin Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Argentina ilə qarşılaşacaq.
Komanda.az xəbər verir ki, Braziliya yığmasının üzvü Neymar bu oyunu buraxacaq. Bu barədə “Globo Esporte” nəşri məlumat yayıb. Əzələlərində problem olan Neymar matç üçün Argentinaya aparılmayıb.
Argentina – Braziliya matçı sabah, saat 03:30-da keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin