Braziliya klubunun 2 həftə vaxtı var

“Zenit”in yarımmüdafiəçisi Vendelin agenti “Palmeyras” klubunun rəhbərliyi ilə görüşəcək.

Komanda.az “Globo Esporte”-yə istinadən xəbər verir ki, o, Rusiya klubundan ayrılmaq istəmir. Bu səbəbdən, tərəflər danışıqları müsbət məcrada davam etdirmək üçün uyğun variantlar axtarırlar.

Vendel 2020-ci ildən “Zenit”in formasını geyinir. O, Premyer Liqa klubu ilə müqaviləsini 2027-ci ilə qədər uzadıb. Braziliyada yay transfer pəncərəsi avqustun 2-də bağlanacaq. Bu səbəbdən, “Palmeyras”ın transferi bitirməsi üçün 2 həftə vaxtı var.

Öncədən “Palmeyras”ın futbolçu üçün 25 milyon avro ödəməyə hazır olmadığı bildirilirdi. “Zenit” isə Vendel üçün yalnız həmin məbləği tələb edir.

Braziliyalı futbolçu başa çatan mövsümdə Premyer Liqa klubunun heyətində bütün turnirlər daxil olmaqla 33 oyuna çıxıb, 9 qol vurub və 5 məhsuldar ötürmə edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button