Braziliya klubundan iranlı hücumçuya rəsmi təklif

“İnter”də çıxış edən iranlı hücumçu Mehdi Taremi “Flamenqo”dan rəsmi təklif alıb.

Komanda.az xəbər verir ki, bu barədə “FCInterNews” məlumat yayıb.

“Flamenqo” yeni hücumçu axtarışındadır və Taremini münasib qiymətə transfer oluna biləcək variant kimi nəzərdən keçirir. Buna səbəb isə “İnter”in yeni baş məşqçisi Kristian Kivunun artıq 33 yaşlı hücumçunun xidmətində maraqlı olmamasıdır. Klub oyunçunu aşağı qiymətə satmağa hazırdır.

Ancaq Mehdi Taremi hələ ki, Avropanı tərk etmək fikrində deyil. O, karyerasını Avropanın aparıcı liqalarından birində davam etdirməyi prioritet sayır. Bu isə Braziliya klubunun onu transfer etməsini çətinləşdirə bilər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button