Braziliya klubundan Depaya 400 min avroluq təklif

Memfis Depay “Atletiko”dan ayrıldıqdan sonra hələ də azad agent statusundadır. Niderlandlı futbolçu karyerasını Braziliyada davam etdirə bilər.

Komanda.az UOL-a istinadən xəbər verir ki, 30 yaşlı Depay indi “Korintians”ın təklifini nəzərdən keçirir. Braziliya klubu Depaya aylıq 400 min avro maaş təklif edib.

Depay əvvəllər PSV, “Mançester Yunayted”, “Lion”, “Barselona” və “Atletiko” kimi klublarda çıxış edib.

Mətbuat daha əvvəl Depayla “Rayo Valyekano” və “Komo” klublarının maraqlandığını yazmışdı.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button