Braziliya klubundan “Zenit”ə rəsmi təklif

“Flamenqo” klubu Rusiya “Zenit”inin yarımmüdafiəçisi Klaudinyo üçün qarşı tərəfə rəsmi təklif göndərib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya təmsilçisi 26 yaşlı futbolçu ilə şəxsi razılıq əldə edib.

Klaudinyo 2021-ci ilin avqustundan “Zenit”də çıxış edir. O, 2022/23 mövsümündə bütün turnirlər daxil olmaqla 30 oyuna çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə edib.

Onun “Zenit”lə sözləşməsi 2027-ci ilin iyun ayının sonuna kimi qüvvədədir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button