
Braziliya klubu “Qarabağ”a 5 milyon avro ödəyəcək
“Qarabağ” Olavio Juninyonun Braziliyanın “Flamenqo” klubuna keçidindən 5 milyon avro qazanacaq.
Komanda.az xəbər verir ki, bu barədə “Globo” nəşri məlumat yayıb.
Tərəflərin artıq razılığa gəldiyi, “Flamenqo”nun həmin məbləği “Qarabağ”a hissə-hissə ödəyəcəyi bildirilir. Klublar artıq sənəd mübadiləsinə başlayıb. 28 yaşlı hücumçu müqavilə imzaladıqdan sonra “Flamenqo”ya mövsümöncəsi hazırlıq keçdiyi ABŞ-da qoşulacaq.
Juninyo 2023-cü ildən “Qarabağ”ın formasını geyinir. O, Azərbaycan çempionatının və kubokunun qalibi olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin