Braziliya klubu Neymarla bağlı razılığa gəlib

Neymar yaxın vaxtlarda “Santos”a qayıdacaq.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya klubu Neymarın hazırda çıxış etdiyi “Əl-Hilal”la prinsipial olaraq şifahi razılığa gəlib, müqavilə tezliklə rəsmiləşəcək.

Braziliyalı hücumçu cari mövsümdə “Əl-Hilal”ın heyətində 2 oyun keçirib, qalan vaxtlarda isə zədəsini sağaltmaqla məşğul olub. Bu da nəticədə, klub rəhbərliyinin narazılığına gətirib çıxarıb.

32 yaşlı forvard 2013-cü ildə “Barselona”ya keçdiyi “Santos”un yetirməsidir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button