Braziliya klubu “Barselona”nın hücumçusunu istəyir

“Betis”də icarə əsasında çıxış edən “Barselona”nın hücumçusu Vitor Roke vətəninə qayıda bilər.

Komanda.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, “Palmeyras” braziliyalı futbolçunu almaqda maraqlıdır.

Braziliya A Seriyasında çıxış edən klub bonuslar istisna olmaqla, Roke üçün təxminən 20 milyon avro ödəməyə hazırdır. “Betis”in 19 yaşlı oyunçunu almağa bir variantı olduğu üçün müqaviləni bağlamaq asan olmayacaq.

Roke cari mövsümdə “Betis”in heyətində 23 matçda 6 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə müqaviləsi 2031-ci ilə qədərdir.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button