
Braziliya klubu “Barselona”nın hücumçusuna göz dikib
“Palmeyras” hazırda “Betis”də icarədə olan 19 yaşlı hücumçu Vitor Rokenin transferi üçün “Barselona”ya təklif göndərməyə hazırlaşır.
Komanda.az xəbər verir ki, bu barədə “sport.es” nəşri məlumat yayıb.
“Palmeyras” Braziliyada transfer pəncərəsi bağlanana kimi (fevralın 28-dən əvvəl) Rokeni almaq istəyir. Onun “yaşıl-ağlar”a keçidinin “Betis”də qalması ilə çətinləşə biləcəyi vurğulanır. İspaniya klubu icarə müqaviləsinə vaxtından əvvəl xitam verilməsi üçün təzminat tələb etsə, sözləşmə baş tutmayacaq.
Roke bu mövsüm bütün turnirlərdə 30 oyun keçirib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib. Onun “Barselona” ilə hazırkı müqaviləsi 2031-ci ilin yayına kimi nəzərdə tutulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin