Braziliya klubu “Ayntraxt”ın futbolçusunu transfer edib
“Ayntraxt” hücumçusu Lukas Alario ilə yollarını ayırıb.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, argentinalı forvard Braziliyanın “İnternasyonal” klubuna keçib.
“İnternasyonal” bu transferə görə Almaniya klubuna 3 milyon avro ödəyib. Hücumçu yeni klubu ilə 2 illik müqavilə bağlayıb.
Alario “Ayntraxt”a 2022-ci ilin yayında “Bayer”dən (Leverkuzen) keçib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin