“Arsenal” Braziliya klubunun təklifini rədd edib
“Arsenal” hücumçusu Qabriel Jezusla ayrılmağa tələsmir.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, “Palmeyras” braziliyalı futbolçuya görə London klubuna müraciət edib, lakin “topçular” potensial müqaviləni müzakirə etməyiblər. Forvardın özü də hələ vətəninə qayıtmaqda maraqlı deyil.
27 yaşlı hücumçu tez-tez zədələnir və bu mövsüm meydanda az vaxt keçirib. Oxşar problemlər onu son mövsümdə də narahat edib və bu, onun tezliklə gedişi ilə bağlı şayiələrə səbəb olub.
“Palmeyras” Jesusun karyerasında ilk klubdur. O, “Mançester Siti”yə 2017-ci ildə keçib və burada 2022-ci ilə qədər çıxış edib.
Jesus 2022-ci ildə “Arsenal”ın sıralarına qoşulub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin