Adı mərc oyunlarında hallanan futbolçu Braziliya klubuna keçə bilər
“Flamenqo” İngiltərə Premyer Liqasında çıxış edən futbolçunun transferi ilə azarkeşlərini təəccübləndirə bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Braziliya klubu uzun müddətdir “Mançester Siti”nin “radar”ında olan “Vest Hem”dən yarımmüdafiəçi Lukas Paketanı icarəyə götürmək istəyir.
Paketa qanunsuz mərc oynadığı üçün cəzalanacaq, ona görə də, “Vest Hem” əsas oyunçusunu satmağın əleyhinə deyil. İngilislər onu icarəyə verməkdə deyil, daimi olaraq satmaqda maraqlıdır.
26 yaşlı futbolçu Premyer Liqanın son mövsümündə 4 qol vurub, 6 məhsuldar ötürmə edib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin