Braziliya futbolunun əfsanəsi vəfat edib

Braziliya millisinin keçmiş futbolçusu Mario Zaqallo vəfat edib.

Komanda.az xəbər verir ki, sabiq hücumçu 92 yaşında vəfat edib.

Zaqallo 4 dəfə Braziliya millisi ilə dünya çempionu olub. O, 1958, 1962-ci illərdə futbolçu, 1970, 1994-cü ildə isə baş məşqçi kimi mundialın qızıl medallarını qazanıb.

Zaqallo 1970-74 və 1994-98-ci illərdə “sambaçılar”ın baş məşqçisi olub. O, müxtəlif illərdə Braziliya klublarında və bir sıra ərəb ölkələrində çalışıb. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button