Braziliya futbolunun keçmiş rəhbərinə ağır cəza
FİFA İntizam Komitəsi Braziliya Futbol Federasiyasının keçmiş prezidenti Xose Maria Marini cəzalandırıb.
Komanda.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentliyi dövründə rüşvət aldığı təsdiq olunan Marin, ömürlük futboldan uzaqlaşdırılıb. Marin bununla yanaşı, 1 milyon İsveçrə frankı da pul cəzası alıb.
Marin 2012-2015-ci illər aralığında Braziliya Futbol Federasiyasına rəhbərlik edib. Korrupsiyada ittiham olunan Marin, 2015-ci ilin mayında vəzifəsindən uzaqlaşdırılıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin