Kroosun DÇ-2022-də sevimli komandası

“Real”ın yarımmüdafiəçisi Toni Kroos Braziliya millisinin DÇ-2022-də ən güclü komandalardan biri olacağına inanır.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, alman yarımmüdafiəçi Braziliyanı sevimli komandası adlandırıb:

“Düşünürəm ki, Braziliya millisi çox güclüdür. Son nəticələrə baxsaz, hazırda Braziliya yığması hər şeyi qazanır. Braziliya millisi DÇ-2022-də mənim əsas sevimli komandamdır”. 

DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək Qətərdə keçiriləcək. Braziliya millisi Kamerun, Serbiya və İsveçrə ilə G qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button