“Biz səhər saat 11-də oynaya bilmərik!”

“Fluminense” komandası son vaxtlar çətin günlər yaşayır. Braziliyalı müdafiəçi Tiaqo Silva komandasının düşdüyü bu durumu şərh edib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Silva təcili olaraq vəziyyətin dəyişməli olduğunu bildirib:

“Biz ötən mövsüm ölkə çempionu olmuş klubdan danışırıq. Lakin sonra işlər yaxşılaşmağa başladı, amma başqa problem yarandı. Biz səhər saat 11-də oynaya bilmərik! Təcili olaraq vəziyyəti dəyişməliyik. Bu, sadəcə olaraq qeyri-insanidir. Səhər 9-da məşq edirik ki, özümüzü istidən qoruyaq, ondan sonra saat 11-də oynamağın nə mənası var?”

39 yaşlı futbolçunun komandası çempionatın 8-ci turundan 13-cü turuna kimi ardıcıl 6 məğlubiyyətlə üzləşib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button