Premyer Liqa klubundan yeni transfer – Rəsmi
“Brayton” heyətini yeni futbolçu ilə gücləndirib.
Komanda.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi “Boka Xuniors”dan yarımmüdafiəçi Valentin Barkonu transfer edib.
“Brayton” 19 yaşlı vinger üçün Argentina klubuna 8 milyon funt-sterlinq təzminat ödəyib. Gənc oyunçu yeni klubu ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan sözəlşmə imzalayıb.
Valentin Barko “Boka Xuniors”un yetirməsidir. Argentinalı futbolçu Buenos Ayres təmsilçisinin əsas komandasının heyətində meydana çıxdığı 35 matçda 1 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin