“Brayton” inanılmaz mübarizə apardı” – Arnold

“Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold İngiltərə Premyer Liqasının 20-ci turunun “Brayton”la oyunu barədə (0:3) danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, rəqibin qələbəyə layiq olduğunu bildirib:

“Biz həmin görüşdə yaxşı çıxış etmədik. “Brayton” inanılmaz mübarizə apardı. Onlar qələbəyə layiq idi, biz isə yox. Düşünürəm ki, çoxlu səhvlər etdik. Hansı məqamlarda səhv etdiyimizi nəzərdən keçirəcəyik. Bir daha belə nəticənin təkrarlanmaması üçün çalışacağıq”.

Mersisayd təmsilçisi hazırda İngiltərə Premyer Liqasının turnir cədvəlində 28 xalla 9-cu pillədə qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button