Premyer Liqa klubu 19 yaşlı futbolçunu “qaralayıb”
“Lill”in yarımmüdafiəçisi Karlos Baleba karyerasını İngiltərədə davam etdirə bilər.
Komanda.az “Talksport”-a istinadən xəbər verir ki, “Brayton” 19 yaşlı futbolçunu transfer etmək fikrindədir. İngilislər onun üçün 29 milyon avro ödəməyə hazırdırlar.
Baleba 2022/23 mövsümündə Fransa klubunun heyətində 21 oyuna çıxıb və iki məhsuldar ötürmə edib.
“Qağayılar” Premyer Liqada 2023/24 mövsümünə uğurlu start verib. İtaliyalı Roberto de Zerbinin çalışdırdığı komanda 2 oyunda 6 xal toplayıb, 8 qol vurub və 2 qol buraxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin