“Brayton” bu qələbəyə layiq idi” – Qattuzo

“Marsel”in baş məşqçisi Cennaro Qattuzo Avropa Liqasının qrup mərhələsinin 6-cı turunun “Brayton”la oyununu (0:1) şərh edib.

Komanda.az “Get French Football News”-a istinadən xəbər verir ki, o, rəqib komandanın yaxşı çıxış etdiyini bildirib:

“Bizi nələrin gözlədiyini bilirdik. “Brayton” bu qələbəni oğurlamadı, biz onların güclü tərəflərini yaxşı bilirdik. Düşünürəm ki, daha yaxşı oynaya bilərdik. Biz qapıçının oyununa çox köklənmişdik. Matçın son dəqiqələrində uduzmaq həmişə çətindir, lakin “Brayton” bu qələbəyə layiq idi”.

Avropa Liqasının qrup mərhələsində keçirilən 6 oyunun nəticəsinə əsasən, “Brayton” 13, “Marsel” 11 xal toplayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button