“Braqa”nın prezidenti futbolçuları tənqid edib
“Braqa” klubunun prezidenti Antonio Salvador UEFA Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”a 2:4 hesablı məğlubiyyətə görə komandasını tənqid edib.
Komanda.az “ojogo.pt” saytına istinadən xəbər verir ki, futbol funksioneri Braqadakı oyunun ardından komandanın paltardəyişmə otağına yollanıb.
O, orada yüksək səslə futbolçuları tənqid edib, onlara sərt mesajlar verib. Komandanın sərgilədiyi oyundan narazılığını dilə gətirən prezident Portuqaliya çempionatının növbəti matçında və “Qarabağ”la cavab görüşündə qarşılarına qələbə tələbi qoyub.
“Qarabağ”la “Braqa” arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin