“Braqa” “Qarabağ” qarşısına ciddi itki ilə çıxacaq

Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”ın rəqibi olan “Braqa” ciddi itki ilə üzləşib.

Komanda.az Portuqaliya klubunun rəsmi saytına istinadən xəbər verir ki, komandanın aparıcı futbolçusu Bruma dizindən zədə alıb. Onun yanvarın 29-da əməliyyat olunacağı və 4-6 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilib. Bu isə o deməkdir ki, portuqaliyalı yarımmüdafiəçi “Qarabağ”la oyunları buraxacaq.

“Qarabağ”ın “Braqa” ilə ilk oyunu fevralın 15-də səfərdə, cavab görüşü isə fevralın 22-də Bakıda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button