“Braqa” baş məşqçisi ilə yollarını ayırıb
Portuqaliyanın “Braqa” klubu baş məşqçisi Daniel Sousa ilə yollarını ayırıb.
Komanda.az xəbər verir ki, bu barədə Braqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
38 yaşlı mütəxəssisin müqaviləsinə xitam verilib.
Daniel Sousa may ayından komandaya rəhbərlik edirdi. Onunla 2 illik sözləşmə imzalanmışdı. “Braqa” dünən ölkə çempionatının 1-ci turunda “Eştrela” ilə heç-heçə edib – 1:1.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin