Braziliya klubunun baş məşqçisi koronavirusa yoluxdu

Braziliya milli komandasının sabiq baş məşqçisi Vanderley Luşemburqu koronavirusa yoluxub.

Komanda.az xəbər verir ki, bu barədə 68 yaşlı mütəxəssis özü məlumat verib.

“Palmeyras”ın çalışdırıcısı koronavirus üçün götürülən test nəticəsinin iyulun 3-də müəyyənləşdiyini və nəticənin müsbət olduğunu bildirib. Mütəxəssis, koronavirus simptomlarının olmadığını və tam sağalanadək özünütədric vəziyyətində qalacağını vurğulayıb. 

Luşemburqu yaşına görə yüksək risk qrupuna daxildir. O, “Palmeyras”ın məşqlərindən azad edilib.  

Mütəxəssis keçən ilin dekabrından “Palmeyras”ı çalışdırır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button