ÇL: “Boyum qısa olsa da, başla yaxşı oynayıram”
“Mançester Siti”nin yarımmüdafiəçisi Bernardo Silva Çempionlar Liqasının yarımfinalında “Real”la keçirilən cavab matçı haqda (4:0) fikirlərini bölüşüb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunda dubla imza atan futbolçu başla yaxşı oynadığını söyləyib:
“Bizim üçün gözəl axşam oldu. Əvvəldən çətin olacağını bilirdik. Madrid klubunu evdə 4:0 hesabı ilə məğlub etmək…Yenidən finala çıxmaq gözəl hissdir. Ümid edirəm ki, bu dəfə qalib gələcəyik.
“Real”la keçirilən ilk oyunda özümü heç yaxşı hiss etmirdim. Bu gün isə komanda yoldaşlarım və azarkeşlər üçün daha çox şey etməyə çalışdım.
Düzgün mövqe tutmaqda çox yaxşıyam? Boyum qısa olsa da, başla yaxşı oynayıram”.
Premyer Liqa təmsilçisi “kral klubu”nu iki oyunun nəticəsinə əsasən məğlub edib. Onlar finalda İtaliya “İnter”i ilə qarşılaşacaq.
Çempionlar Liqasının final matçı iyunun 10-da, İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.
Bizi Facebook-da izləyin