
“Böyük qələbədir, milli komanda!” – FOTO
“Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldo sosial şəbəkə hesabında paylaşım edib.
Komanda.az xəbər verir ki, o, Portuqaliya yığmasının AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunun Bosniya və Herseqovina ilə qarşılaşması barədə (3:0) fikir bildirib:
“Böyük qələbədir, milli komanda! Dəstəyə görə bütün portuqaliyalılara təşəkkür edirəm!”
Portuqaliya millisi hazırda J qrupunda 9 xalla birinci, Bosniya və Herseqovina isə 3 xalla dördüncü yerdə qərarlaşıb.

Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin