“Bayern” rəsmisi “Qarabağ”ın olduğu turnirin yeni formatını təriflədi

“Bayern”in Nəzarət Şurasının üzvü Karl-Haynts Rummenigge UEFA Çempionlar Liqasının yeni formatından məmnunluğunu bildirib.

Komanda.az “Deutschen Presse-Agentur”-ya istinadən xəbər verir ki, o, əvvəlki qrup mərhələsində çox vaxt hər şeyin dördüncü turdan sonra həll olunduğunu söyləyib:

“Əvvəlki qrup mərhələsində çox vaxt hər şey dördüncü turdan sonra həll olunurdu. “Bayern” adətən pley-offa çıxırdı və bir-iki oyun mənasız qalırdı.

Mən futbol azarkeşi kimi düşünürəm. Yalnız bu fakt kifayətdir ki, dörd top-komanda – “Bayern”, “Real”, “Mançester Siti” və PSJ – əlavə təsnifat matçları keçirməli oldu. Bu, yeni formatın nə qədər maraqlı olduğunu göstərir.

Böyük klublar başa düşdü ki, ilk turdan maksimum güclə çıxış etməlidirlər ki, ilk səkkizliyə düşsünlər, çünki bunu hər kəs istəyir. Keçən il bir çox şey yenilik idi. Bəzi top-klublar bir-iki oyuna daha rahat yanaşırdılar. İndi məncə, onlar dərs çıxaracaqlar.

Azarkeşlər indi daim telefonlarına baxır: “Bayern” hansı yerdədir? “Real” hansı yerdədir? UEFA bu məsələni tamamilə dəyişdi”.

Azərbaycan çempionu “Qarabağ” da bu mövsüm Çempionlar Liqasının əsas mərhələsində iştirak edir. “Köhlən atlar” artıq ilk turun oyununda səfərdə “Benfika”nı 3:2 hesabı ilə məğlub edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button