“Səfərə böyük inamla gedəcəyik” – Qurban Qurbanov
“Ağır oyun oldu. Bu komanda necə gözləyirdiksə, elə də çıxış etdi. Çox yaxşı qol imkanlarımız oldu”.
Komanda.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Bakıda Çexiyanın “Viktoriya” (Plzen) komandası ilə qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra deyib.
50 yaşlı mütəxəssis müdafiədən oynayan komandaya qarşı çıxış etdiklərini bildirib:
“Qol şanslarından yararlana bilmədik. Həm rəqibdə, həm də bizdə həyəcan hiss olunurdu. Futbolçular çox əziyyət çəkdilər. Səfərdə bundan da artıq güc itirməliyik. Şanslarımız bərabərdir. Səfərə böyük inamla gedəcəyik”. (“CBC Sport”)
Qurbanov futbolda aqresiyanın çoxaldığını söyləyib:
“Səbrli olmalıyıq. Futbolçulara da bunu tapşırmışam. Biz səbrlə oyunumuzu başa vurduq. Azarkeşlərimiz yenə möhtəşəm idilər. Hər birinə təşəkkür edirəm. Cavab görüşündə onları sevindirməyə çalışacağıq”.
Bizi Facebook-da izləyin