
Böyük futbol ayın səthində oynanılacaq! – FOTO
Britaniya Mühəndislik və Texnologiya İnstitutunun alimləri 2035-ci ildə ayın səthində ilk futbol matçının keçirilə biləcəyini bildiriblər.
Komanda.az “Daily Mail”-ə istinadən xəbər verir ki, layihənin əsas məqsədi yeniyetmələri, gəncləri ruhlandırmaq, onlara elmi, texnologiyanı, mühəndisliyi və riyaziyyatı sevdirməkdir.
Nəzərdə tutulan futbol qarşılaşması üçün fərqli topdan istifadə ediləcək. Oyun 5×5 formatında baş tutacaq və hər biri 10 dəqiqə olmaqla dörd hissədən ibarət olacaq.


Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin