“Böyük Dəbilqə”: Yusifov bürünc medal qazandı
Azərbaycanlı cüdoçu Əhməd Yusifov Özbəkistanın paytaxtı Daşkənddə keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində mübarizə aparan 23 yaşlı idmançı 3-cü yer uğrunda görüşdə gürcüstanlı Lukum Çxvimianiyə qalib gəlib.
Yusifov dünya çempionu olmuş təcrübəli rəqibinə qalib gələrək, fəxri kürsüyə qalxıb.
Bu gün “Böyük Dəbilqə”də çıxış edən Azərbaycan yığmasının digər üzvləri – Rövşən Əliyev (60 kq), Kamran Süleymanov və Ruslan Paşayev (hər ikisi 66 kq) medal qazana bilməyib.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin