“Böyük Dəbilqə”: Fətiyev mübarizəyə başlayır
Bu gün Azərbaycanın daha bir cüdoçusu Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”də mübarizəyə başlayacaq.
Komanda.az xəbər verir ki, yarışın sonuncu günündə Murad Fətiyev (90 kq) medal qazanmağa çalışacaq. 23 yaşlı idmançı 1/16 final mərhələsində qazaxıstanlı Adlet Missinlə üz-üzə gələcək.
Daha əvvəl Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) və Elcan Hacıyev (81 kq) bürünc medala sahib çıxıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin