“Böyük Dəbilqə”: Bayramov yarımfinala yüksəlib
Azərbaycanlı cüdoçu Turan Bayramov Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirində yarımfinala yüksəlib.
Komanda.az xəbər verir ki, 60 kq çəki dərəcəsində çıxış edən idmançı finala gedən yolda qazaxıstanlı Kanat Seilkhanla üz-üzə gələcək.
Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva təsəlliverici görüşdə belçikalı Amber Ryheulun müqavimətini qırmağa çalışacaq.
Bu gün tatamiyə çıxan Kəramət Hüseynov (60 kq), Kamran Süleymanov (66 kq), Leyla Əliyeva (48 kq), Aydan Vəliyeva (52 kq) və Fidan Əlizadə (57 kq) mübarizəni erkən dayandırıb.
“Böyük Dəbilqə” martın 26-da başa çatacaq. Azərbaycan yarışda 13 cüdoçu ilə təmsil olunur.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin