“Böyük Dəbilqə”: Azərbaycanın qazancı 2 medal oldu
Azərbaycan cüdoçuları Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirini iki medalla başa vurublar.
Komanda.az xəbər verir ki, bu gün mübarizəyə qoşulan idmançılardan Məmmədəli Mehdiyev, Murad Fətiyev (hər ikisi 90 kq), Uşangi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) medal qazana bilməyiblər.
Daha əvvəl Azərbaycan cüdoçularından Səid Mollayi (81 kq) gümüş, Hidayət Heydərov (73 kq) bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin