“Böyük Dəbilqə”: Azərbaycanın iki cüdoçusu finala çıxıb
Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirinin finalına yüksəlib.
Komanda.az xəbər verir ki, kişilərin yarışında Yaşar Nəcəfov, qadınların mübarizəsində isə Leyla Əliyeva bunu həyata keçiriblər.
Nəcəfov 66 kq çəki dərəcəsində Rumıniya təmsilçisi Denis Vierunu məğlub edib. İdmançımız finalda yaponiyalı Takeşi Takeoka ilə qarşılaşacaq. 48 kq-da yarışan Leyla Əliyeva yarımfinalda serbiyalı Milika Nikoliçdən güclü olub. Cüdoçumuzun həlledici görüşdəki rəqibi Skutto Assunta (İtaliya) olacaq.
Təsəlliverici görüşdə türkiyəli Salih Yıldıza uduzan Əhməd Yusifov (60 kq) isə bürünc medal qazanmaq şansını itirib.
İlk gündə yarışa qoşulan Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) erkən vidalaşıblar.
Bizi Facebook-da izləyin