“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu finala yüksəlib
Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən “Böyük Dəbilqə” turnirində finala yüksəlib.
Komanda.az xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan üç cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib.
73 kq çəki dərəcəsində tatami üzərinə çıxan Rəşid Məmmədəliyev uyğun ardıcıllıqla Mark Xristov (Bolqarıstan), Koen Heq (Hollandiya), Bayram Kandəmir (Türkiyə), Şahram Ahadov (Özbəkistan) və Umalta Dəmirəli (Türkiyə) məğlub edib. Onun finalda rəqibi Moldova cüdoçusu Adil Osmanov olacaq.
Digər cüdoçularımızdan Vüsal Qələndərzadə ilk görüşdə Keysey Nakanoya (Filippin) qalib gəlsə də, sonra Kiprianos Andreuya (Kipr) məğlub olub. Ömər Rəcəbli (81 kq) isə startda Joao Fernandoya (Portuqaliya) uduzub.
Azərbaycan cüdoçuları yarışın ilk günündə medal qazana bilməyiblər. Əhməd Yusifov (60 kq), Ruslan Paşayev və Rəşad Yelkiyev (hər ikisi 66 kq) uğursuz çıxış ediblər.
Bizi Facebook-da izləyin