“Böyük Dəbilqə”: Azərbaycan cüdoçularının rəqibləri məlum olub
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirindəki rəqibləri müəyyənləşib.
Komanda.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən püşkatmanın nəticələrinə görə 8 çəki dərəsində 12 kişi və 2 qadın cüdoçulardan ibarət Azərbaycan idmançılarının ilk rəqibləri məlum olub.
Azərbaycan cüdoçularının rəqiblərini təqdim edirik:
Qadınlar
48 kq.
Leyla Əliyeva – Sarah İsçt (Almaniya)
57 kq.
Acelya Toprak – Marina Azinou (Kipr Respublikası)
Kişilər
60 kq.
Balabəy Ağayev – Aleksandru Tirsina (Moldova) / Dauren Syukenov (Qazaxıstan) görüşünün qalibi ilə
Hüseyn Allahyarov – Nika Xuzauraşvili (Gürcüstan)
66 kq.
Ruslan Paşayev – Teo Raoul Ebrar (Fransa) / Raşid Obaid (Birləşmiş Ərəb Əmirlikləri) görüşünün qalibi ilə
Rəşad Yelkiyev – İsmoil Nişonboev (Özbəkistan)
73 kq.
Rəşid Məmmədəliyev – Bruno Bermeo (Ekvador)
Nəriman Mirzəyev – Tatsuki İşihara (Yaponiya)
81 kq.
Zelim Tçkayev – Botond Tot (Macarıstan)
Ömər Rəcəbli – Vinçenso Pelliqra (İtaliya) / Ruslan Musayev (Qazaxıstan) görüşünün qalibi ilə
90 kq.
Murad Fətiyev – Rhyan Zarçye Qaray (Filippin) / Luka Babutsidze (Gürcüstan) görüşünün qalibi ilə
Musa Hüseynli – Mark van Deyk (Niderland)
+100 kq.
İmran Yusifov – Yur Speykers (Niderland)
Uşanqi Kokauri – Esleken Kedo (Filippin)
Bizi Facebook-da izləyin