![](https://komanda.az/wp-content/uploads/2025/02/e01a811c-6d8f-3d30-896a-8b3f9fff1140_850-780x470.jpg)
“Böyük Dəbilqə”dən öncə hakimlər üçün seminar
Beynəlxalq Cüdo Federasiyasının (BCF) hakimlər üzrə baş direktoru Daniel Laskaunun rəhbərliyi ilə Bakıda keçiriləcək “Böyük Dəbilqə” turnirinə hazırlıq çərçivəsində hakimlər üçün seminar təşkil olunub.
Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidməti məlumat yayıb.
ACF-nin A kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev üç gün davam edəcək turnirdə ədalət təmsilçiləri arasında yer alacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin