
“Böyük Dəbilqə”: Turnir bu gün sona çatır
İsrailin Təl-Əviv şəhərində keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turniri bu gün yekunlaşacaq.
Komanda.az xəbər verir ki, son yarış günündə Azərbaycan millisinin 4 üzvü mübarizəyə start veriləcək.
90 kq-da çıxış edən Məmmədəli Mehdiyev türkmənistanlı Məmmədəli Açıldıyevlə qarşılaşacaq.
100 kq-da yer alan Zelim Kotsoyevin rəqibi Rafael Buzakarini (Braziliya) – Tomas Brisenyo (Çili) cütünün qalibi olacaq. 100 kq-dan yuxarı çəkidə yarışan Uşangi Kokauri Mirça Krotoriy (Rumıniya) – Freddi Fiqeroa (Çili) cütünün, Camal Qamzatxanov isə Xose Nova Alkantara (Dominikan Respublikası) – Losseni Kone (Almaniya) cütünün güclü ilə mübarizə aparacaq.
Hələlik yığmanın aktivində bir “gümüş” var. Yeganə mükafatı 66 kq-da Orxan Səfərov əldə edib.
Bizi Facebook-da izləyin