“Böyük Dəbilqə”: Mirzəyev erməniyə uduzdu, mübarizəni dayandırdı
Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə” turnirinin ikinci günündə mübarizəyə qoşulan Azərbaycan cüdoçuları medalsız qalıblar.
Komanda.az xəbər verir ki, 73 kq-da Rəşid Məmmədəliyev və Nəriman Mirzəyev, 81 kq-da isə Rüstəm Orucovla Elcan Hacıyev yarışla vidalaşıb.
Məmmədəliyev təsnifatda gürcüstanlı Mixeili Baxbaxaşvilini, 1/16 finalda sloveniyalı Natse Herkoviçi üstələsə də, növbəti raundda ispaniyalı Salvador Kases Rokaya uduzub.
Mirzəyev ardıcıl olaraq italiyalı Eduardo Mella və Giorgi Teraşvili ilə duellərdən qalib ayrılıb, 1/8 finalda isə ermənistanlı Ferdinand Karapetyanla bacarmayıb.
Orucov startda gürcüstan təmsilçisi Zaur Dvalaşviliyə məğlub olaraq, “Böyük Dəbilqə”də mübarizəni dayandırıb.
Hacıyev isə ilk görüşündə portuqaliyalı Anri Equtidzeni yensə də, ardınca fransalı Arne Areqbaya uduzub.
Yarışın ilk günündə Turan Bayramov (60 kq) qızıl, Gültac Məmmədəliyeva (52 kq) isə bürünc medal qazanıb.
Bizi Facebook-da izləyin