“Böyük Dəbilqə”: Kokauri yarımfinalda
Azərbaycanın daha üç cüdoçusu bu gün Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” turnirində mübarizəyə qoşulub.
Komanda.az xəbər verir ki, son yarış günündə Murat Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq) və Uşanqi Kokauri (100+) qüvvəsini sınayıb. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verib.
Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.
Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan Kokauri, yarımfinala vəsiqə qazanıb. O, yarımfinalda İnal Tasoyevlə (Rusiya) qarşılaşacaq.
Yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.
Bizi Facebook-da izləyin