“Böyük Dəbilqə”nin son günü: Azərbaycanın 6 cüdoçusu mübarizə aparacaq
Fransanın paytaxtı Parisdə keçirilən “Böyük Dəbilqə” yarışının sonuncu günündə Azərbaycanın altı cüdoçusu mübarizə aparacaq.
Komanda.az xəbər verir ki, 81 kq çəki dərəcəsində iki idmançı yarışacaq.
1/32 finalda Elcan Hacıyev dominikanlı Medikson Del Obre Kortorreal, Zelim Tçkayev isə polşalı Pavel Drzmalı (Polşa) sınağa çəkəcək. Hacıyev qələbə qazansa, növbəti mərhələdə Türkiyə təmsilçisi Vedat Albayrakla qarşılaşacaq.
90 kq-da yarışacaq Murad Fətiyevin 1/32 finalda rəqibi Aydar Arapov (Qazaxıstan) olacaq.
Zelim Kotsoyev (100 kq) mübarizəyə 1/16 finaldan başlayacaq. O, fransalı Sedrik Olivarla münasibətlərinə aydınlıq gətirəcək.
+100 kq çəkidə iki cüdoçu medal uğrunda mübarizə aparacaq. Camal Qamzatxanov 1/32 finalda Bubakar Mane (Qvineya-Bisau) ilə qarşılaşacaq. Bu raunddan azad olan Uşangi Kokaurinin 1/16 finaldakı rəqibi Mark Desçenes (Kanada) – Voytsex Kordyalik (Polşa) duelinin qalibi olacaq.
“Böyük Dəbilqə”nin ilk günündə Balabəy Ağayev (60 kq) “qızıl” qazanıb.
Bizi Facebook-da izləyin