“Böyük Dəbilqə”: Azərbaycanın 2 cüdoçusu yarımfinalda

Azərbaycanın iki cüdoçusu Bakıda keçirilən Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunan “Böyük Dəbilqə” turnirinin yarımfinalına yüksəlib.

Komanda.az xəbər verir ki, kişilərin yarışında Yaşar Nəcəfov, qadınların mübarizəsində isə Leyla Əliyeva bunu bacarıblar.

66 kq çəki dərəcəsində 1/32 final mərhələsindən başlayan Yaşar Nəcəfov doğma arenada 4 rəqibini üstələyıb. O, final yolunda Rumıniya təmsilçisi Denis Vierunu sınağa çəkəcək. 48 kq-da yarışan Leyla Əliyeva isə 1/16 finaldan mübarizəyə qoşulub. Qadın cüdoçu yarımfinalda serbiyalı Milika Nikoliçlə üz-üzə gələcək.

1/4 finalda rəqibinə uduzan Əhməd Yusifov (60 kq) isə bürünc medal qazanmaq ümidini davam etdirir. O, təsəlliverici görüşdə türkiyəli Salih Yıldızla qarşılaşacaq.

İlk gündə yarışa qoşulan Balabəy Ağayev, Rövşən Əliyev, Nazir Talıbov (hamısı 60 kq), Qasım Vəlizadə, Rəşad Yelkiyev, Ruslan Paşayev (hamısı 66 kq), Ramilə Əliyeva, Şəfəq Həmidova (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Nərgiz Hacıyeva (57 kq) erkən vidalaşıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button