“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu yarımfinala yüksəlib
Qazaxıstanın paytaxtı Astanada keçirilən cüdo üzrə “Böyük Dəbilqə” turnirində Azərbaycan təmsilçisi yarımfinala yüksəlib.
Komanda.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Vüsal Qələndərzadə Hindistan, Gürcüstan, Qazaxıstan və İsraildən olan rəqiblərinə qalib gəlməklə, həlledici mərhələnin bir addımlığına yaxınlaşıb.
O, yarımfinalda Manuel Lombardo (İtaliya) ilə qarşılaşacaq.
Digər təmsilçilərimizdən Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli və Məhərrəm İmamverdiyev (hər ikisi 81kq) məşqçilərin etimadını doğrultmayıblar.
Yarışın ilk günündə cüdoçularımızdan Kamran Süleymanov bürünc medal qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin