Azərbaycanı bir cüdoçu təmsil edəcək – “Böyük Dəbilqə”də
Monqolustanın paytaxtı Ulan-Batorda keçiriləcək “Böyük Dəbilqə” turnirində Azərbaycanı bir cüdoçu təmsil edəcək.
Federasiyadan Komanda.az-a verilən məlumata görə, qadın cüdoçuların mübarizəsində 48 kq çəki dərəcəsində Leyla Əliyeva qüvvəsini sınayacaq.
24-26 iyundakı turnirə dünyanın 30 ölkəsindən 272 idmançı qatılacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin