“Böyük Dəbilqə”: Daha 3 cüdoçu mübarizəyə başlayır

Gürcüstanın paytaxtı Tbilisidə keçirilən “Böyük Dəbilqə”də bu gün Azərbaycanın daha 3 cüdoçusu mübarizə aparacaq.

Komanda.az xəbər verir ki, onların hamısı çıxışlarına 1/16 final mərhələsindən başlayacaqlar.

73 kq çəki dərəcəsindəki Telman Vəliyev 1/16 final mərhələsində türkmənistanlı İlham Kemalovla üz-üzə gələcək.

81 kq çəkidə yer alan cüdoçulara gəldikdə, Zelim Tçkayev Səudiyyə Ərəbistanından olan Məhəmməd Əlhərbini, Elcan Hacıyev isə qırğızıstanlı Vladimir Zoloyevi sınağa çəkəcək.

İlk yarış günündə Azərbaycan təmsilçilərindən Turan Bayramov (60 kq) bürünc medal qazanıb. Rövşən Əliyev (60 kq) 5-ci, İbrahim Əliyev (66 kq) isə 7-ci yeri tutub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button