“Böyük Dəbilqə”: Azərbaycanın daha bir cüdoçusu “gümüş” qazandı

Tacikistanın paytaxtı Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirinin son günündə Azərbaycanın daha bir cüdoçusu gümüş medal qazanıb.

Komanda.az xəbər verir ki, Camal Qamzatxanov (+100 kq) finalda tacikistanlı cüdoçu Temur Rakimova “ippon”la məğlub olub və gümüş medalla kifayətlənib.

Bürünc medal uğrunda mübarizə aparan Kənan Nəsibov (+100 kq) isə özbəkistanlı Utkirbek Turoboyevə uduzub.

Daha əvvəl Elcan Hacıyev (90 kq) və Balabəy Ağayev (60 kq) qızıl, Vüqar Talıbov (90 kq) isə gümüş medal qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button